42 yaşlı futbolçu ilə yeni müqavilə imzalandı

İDMAN
21:55
15 May 2020
116

Fransanın "Monpelye" klubu futbolçusu Vitorino Hiltonla yeni müqavilə imzalayıb.

Sabah.az klubun saytına istinadən xəbər verir ki, 42 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2020/2021 mövsümünün sonuna kimi uzadılıb.

Qeyd edək ki, Hilton 2011-ci ildən Fransa təmsilçisində oynayır. O, cari mövsüm 33 matçda 1 qol vurub.

Xəbər lenti