TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı

GÜNDƏM
21:10
15 May 2020
84

Bu gün Azərbaycanda koronavirusla bağlı daha 6 072 test edilib.

Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mayın 15-nə açıqladığı statistik göstəricidə qeyd olunub.

Bildirilib ki, indiyədək ölkədə 220 363 test edilib və 2 980 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 36 nəfəri dünyasını dəyişib, 1 886 şəxs sağalıb.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 101 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib, 53 xəstə sağalıb.

Xəbər lenti