Suda batan iki nəfərin meyiti tapıldı - Biri 11 yaşlı qızdır

HADİSƏ
20:45
15 May 2020
141

Suda batan iki nəfərin meyiti tapılaraq sudan çıxarılıb.

Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, taxtakörpü-Ceyranbatan su kanalının Abşeron rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1977-ci il təvəllüdlü Təhməzov Fariz Hidayət oğlunun axtarışları başa çatıb. F.Təhməzovun meyiti nazirliyin hadisə yerinə cəlb olunan müvafiq qurumları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Yuxarı Mil kanalının Füzuli rayonu, 1 nömrəli Qayıdış qəsəbəsindən keçən hissəsində batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Məmmədova Aysun Arzu qızının axtarışları başa çatıb. A.Məmmədovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti