“Qarabağ” koronavirus testindən keçdi - Fotolar

İDMAN
19:11
15 May 2020
73

"Qarabağ"da bu gün idari, məşqçi və futbolçu heyəti başda olmaqla bütün personallardan koronavirus testi götürülüb.

Sabah.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, onların hərarətləri yoxlanılıb. Test verənlər arasında klubun direktoru Emrah Çelikel, baş məşqçi Qurban Qurbanov, kapitan Rəşad Sadıqov və digər futbolçular olub.

Xatırladaq ki, koronavirusun yayılmağa başladığı ilk gündən mütəmadi olaraq Ağdam təmsilçisinin bazasında dezinfeksiya işləri aparılır və gigiyena qaydalarına tam şəkildə riayət olunur.

Xəbər lenti