Əfqan Nağıyev vəzifəsindən azad edildi
General-leytenant Əfqan Vəli oğlu Nağıyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini vəzifəsindən azad edilib.
Sabah.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Xatırladaq ki, Ə.Nağıyev və 4 vəzifəli şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3-cü (mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddələri ilə ittiham olunurlar.
Daha çox