Koronavirusla mübarizə aparan həkimlərin maaşı barədə - Açıqlama

GÜNDƏM
18:17
15 May 2020
107

"İcbari Tibii Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birlikdə həkimlərin əməkhaqqının ödənilməsi ilə bağlı müvafiq işləri davam etdir".

Sabah.az “Report”a istinadən xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əksər müəsissələrdə mart ayının əməkhaqqı verilib və aprel ayının əməkhaqqının verilməsi prosesi davam etdirilir:

"Tibb işçilərimizin bir qisminin maaşları gündəlik hesablanmışdı, amma məlum olub ki, həkimlərin günlük iş saatları 6 saatdır. Bəzi həkimlər isə 12 saat çalışır. Bununla bağlı haqlı iradlar vardı. Məlumat daxil olan kimi araşdırıldı. Siyahınların dürüstləşdirilməsi prosesi aparılır. Fədəkar həklimlərimiz əmin ola bilər ki, hər bir həmkarımızın əməyi qiymətləndiriləcək. Ölkə rəhbərinin ayırdığı vəsait hər bir həmkarımıza çatacaq".

Xəbər lenti