Bayram və həftəsonlarında qadağalar ola bilər
“Bayram günləri və həftə sonlarında küçə çıxmağa qadağa qoyulması haqda qərar verilə bilər”.
Sabah.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, bu qərar virusa yoluxanların sayından asılı olacaq:
"Məhdudiyyətlər aradan qalxdıqdan sonra analizlər aparılacaq. 10-14 gün sonra həmin dövrün nəticələrinə uyğun olaraq yenidən məhdudiyyətlər qəbul edilə bilər. Karantin rejiminin qaydaları daha da sərtləşdirilə bilər”.
Daha çox