Badamdarda yenidən torpaq sürüşməsi - Foto
“Badamdarda sürüşmə kütləsindən torpaq hissəsi ayrılıb. Həmin ərazidə axan torpaq durmuşdu, indi yavaş-yavaş bir hissəsi ayrılır, çökür".
Sabah.az APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Ekzogen Fövqəladə Hallar şöbəsinin müdiri Ramiz Rzayev deyib.
O bildirib ki, Badamdarda sürüşmə sahəsində aktivlik həmişəki kimidir: “Yağışlı hava şəraiti ilə əlaqədar torpaq ağırlaşıb, bir tərəf bir az qarşıya doğru axıb. Hələ ki, elə bir problem yoxdur. İşlər dayandırılıb. Havalar düzələndən sonra işlər davam etdiriləcək. İndi təhlükəlidir”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirilib ki, bu gün sürüşmə kütləsinin üzərində dəyişiklik olub, hazırda monitorinq aparılır.
Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb.
Hazırda sürüşmə sahəsində gərginlik qalmaqdadır.
Daha çox