“Mourinyo dedi ki, zibil yeşiyinə bənzəyirdin”

İDMAN
13:50
14 Fevral 2020
72

“Çelsi”nin müdafiəçisi Kurt Zuma komandanın sabiq baş məşqçisi, hazırda “Tottenhem”i çalışdıran Joze Mourinyo barədə danışıb.

Sabah.az “RMC Sport”a istinadən xəbər verir ki, fransalı futbolçu bildirib ki, indi xatırlamadığı 1:3 hesabı ilə uduzduqları görüşdən sonra Mourinyo onu otağına çağırıb:

“Matçdan bir gün sonra məni otağına dəvət etdi. Dedi ki, səndə hər şey qaydasındadır? Cavab verdim ki, hə. O, yenidən eyni sualı təkrarladı. Yenə müsbət cavab verdikdən sonra hirslə söylədi ki, sən oyun günü zibil yeşiyinə bənzəyirdin. Mən heyrətə gəldim. Bu söz məni çox tutdu. Bundan sonra özümü meydanda daha da sübut etmək istədim”.

Kurt Zuma Mourinyonun qələbini çox istədiyini söyləyib: “O, buna görə hər şeyi edir. “Çelsi”yə gələndə 19 yaşım vardı. Məni heyətə daxil etdi. Bilmirəm, başqaları nə fikirləşir. Şəxsən mən Mouriyonun gənclərə şans verməməsi fikri ilə razı deyiləm”.

Xəbər lenti