Polis “Edik”i tutdu

XƏBƏR
13:40
14 Fevral 2020
54

Bakıda kriminal aləmin üzvü saxlanılıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində kriminal aləmdə “Edik” ləqəbi ilə tanınan, 1964-cü il təvəllüdlü İsmayılov Elçin Nahid oğlu saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” tipli tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.

E. İsmayılov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti