Azərbaycanda COVID-19 xəstələrinin müalicəsində yeni mərhələ - Video
Koronavirus xəstələrinin müalicəsində istifadə olunan konvalesent plazma müalicəsi Azərbaycanda da tətbiq edilir. Artıq altı donordan immun plazma toplanıb və doqquz xəstəyə plazma qan köçürülüb.
Sabah.az xəbər verir ki, bu barədə "Xəzər Xəbər"ə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov açıqlama verib. Onun sözlərinə görə, səmərəli olacağı təqdirdə bu müalicə metodu gələcəkdə koronavius infeksiyasına yoluxanların müalicəsinin ilkin mərhələsində də tətbiq olunacaq.
Azərbaycanda koronavius infeksiyasına yoluxan insanların müalicəsində yeni bir mərhələ başlayıb. Artıq xəstələrin konvalesent plazma üsulu ilə müalicəsi aparılır. Bu müalicə metodu ilkin mərhələdə vəziyyəti ağır olan xəstələrdə tətbiq olunur. Bunun üçün isə bu infeksiyadan sağalan insanların könüllü donor olmalarına ehtiyac var.
Koronavirus infeksiyasına yoluxub sağalan bir çox insan bu xəstəliyi keçirdiyini gizli saxlayır. Mərkəz bu məsələdə vətəndaşların narahat olmamasını bildirib və koronavirus infeksiyasından sağalan insanlara çağırış edib.
Hazırda həmin xəstələr plazma müalicəsi üsulunun effektivliyini ölçmək üçün xüsusi nəzarətdə saxlanır. Səmərəli olacağı təqdirdə bu müalicə metodu gələcəkdə koronavius infeksiyasına yoluxanların müalicəsinin ilkin mərhələsində də tətbiq olunacaq.
Daha çox