Pərviz İstanbulda karantinə alındı
Çəkilişləri Dominikanda aparılan "Survivor" yarışmasından geri dönən kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev Türkiyəyə çatıb.
Sabah.az xəbər verir ki, idmançı Axşam.az-a açıqlamasında bildirib ki, İstanbulda karantinə alınıb:
“Deyilənə görə 14 gün karantində qalacam. Əgər təyyarə olsa, bəlkə tez çıxmaq şansım olar”.
Qeyd edək ki, Pərviz Acun Ilıcalının “Survivor” layihəsini aprelin əvvəli tərk edib. Uçuşlar olmadığı üçün o, uzun müddətdir Dominikan Respublikasında qalıb.
Daha çox