Masallıda yanğınla nəticələnən qəza - Ölən var

HADİSƏ
23:58
14 May 2020
44

Masallı rayonundan ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Çaxırlı kəndi ərazisində “КамАЗ” və “ГАЗ” markalı iki yük avtomobili toqquşub. Nəticədə “ГАЗ” markalı yük avtomobilinin kabinə hissəsi yanıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “ГАЗ” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1971-ci il təvəllüdlü Soltanov İsa Soltan oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti