Türkiyə klubunda 72 nəfər karantinə alındı

İDMAN
23:22
14 May 2020
106

Türkiyənin “Erzurumspor” klubunda 11 nəfərində koronavirus aşkarlanıb, qalan bütün heyət karantinə alınıb.

Sabah.az xəbər verir ki, bu barədə TFF 1-ci Liqa klubunun prezidenti Hüseyn Üneş məlumat verib.

Onun sözlərinə görə, həmin 11 nəfərdən əlavə, daha 72 şəxs karantinə alınıb. Buraya həm futbolçular, həm məşqçilər, həm də klubda müxtəlif vəzifələrdə çalışanlar daxildir.

Xatırladaq ki, “Erzurumspor” ötən gün klubda hər kəsin koronavirus testindən keçdiyini, 11 nəticənin müsbət çıxdığını açıqlamışdı. Onlardan 4-ü futbolçu, qalanları isə məşqçi və klubda çalışanlardır. Artıq klubun bazası da karantinə alınıb, dezinfeksiya işləri aparılır. Koronavirus aşkarlananlar isə xəstəxanada müalicə alır.

Xəbər lenti