Azərbaycanda daha bir həkim koronavirusa yoluxdu
Azərbaycanda daha bir səhiyyə işçisi koronavirusa yoluxub.
Sabah.az Unikal.org-a istinadən xəbər verir ki, Gədəbəy rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Çimnaz Əliyeva koronavirusa yoluxub. Ç. Əliyeva ilə yanaşı ailə üzvlərində də koronavirus infeksiyası aşkarlanıb.
Virus səbəbindən Gədəbəy rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti məhdudlaşdırılıb və tibb müəssisəsinin yalnız reanimasiya şöbəsi fəaliyyət göstərir.
Xəstəxanadan verilən açıqlamada Ç.Əliyevanın koronavirus infeksiyasına yoluxması faktı təsdiqlənib.
Qeyd edək ki, Ç.Əliyeva və ailə üzvləri Bakıya gətirilərək xəstəxanalardan birinə yerləşdiriliblər.
Daha çox