5 rayonun prokuroru vəzifədən azad olundu - Siyahı

ÖLKƏ
22:25
14 May 2020
3740

Azərbaycanda 5 rayonun prokuroru vəzifədən azad edilib.

Sabah.az-ın məlumatına görə, bununla bağlı yeni Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, aşağıda adları qeyd olunan şəxslər təqaüdə göndərilib:

Xətai rayon prokuroru Yusif İldırımzadə,

Sabunçu rayon prokuroru Ceyhun Şirinov,

Nəsimi rayon prokuroru Salman Məmmədli,

Qəbələ rayon prokuroru Məqsəd Orucov,

Yevlax rayon prokuroru Elxan Pənahov.

Eyni zamanda Baş Prokurorluğun Maddi-texniki təminat idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Niyaz Məmişov da təqaüdə göndərilib.

Xəbər lenti