Azərbaycan 197 vətəndaşını Ukraynadan təxliyə etdi - Foto

GÜNDƏM
21:44
14 May 2020
104

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən 14 may tarixində Kiyevdən Bakıya çarter reysi yerinə yetirilib.

Sabah.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən məlumat verilib

Bildirilib ki, həmin reyslə 197 nəfər Azərbaycan vətəndaşı çatdırılıb. Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

Xəbər lenti