TƏBİB COVİD-19-la bağlı son vəziyyəti açıqladı
Bu gün Azərbaycanda koronavirusla bağlı daha 5 745 test edilib.
Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mayın 14-nə açıqladığı statistik göstəricidə qeyd olunub.
Bildirilib ki, indiyədək ölkədə 214 291 test edilib. İndiyə kimi ölkədə 2 879 nəfərdə koronavirus aşkarlanıb, həmin xəstələrdən 35 nəfəri dünyasını dəyişib, 1 835 şəxs sağalıb.
Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 121 yeni yoluxma faktı qeydə alınıb, ölən olmayıb, 44 xəstə sağalıb.
Daha çox