Karantini pozan tədris mərkəzinin fəaliyyəti dayandırıldı - Foto
Gəncədə karantin rejimini pozan tədris mərkəzi aşkarlanıb.
Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər BPİ-nin əməkdaşları gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıb. Vətəndaş Hüseyn Zahidova məxsus “Günəş” məktəbəqədər tədris mərkəzinin fəaliyyəti dayandırılıb.
Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.
H. Zahidov və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Daha çox