"Tədris ilinin sonunda tədqiqat xarakterli qiymətləndirmə aparılacaq"
Cari tədris ilinin sonunda tədqiqat xarakterli qiymətləndirmə aparılacaq.
Sabah.az xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov REAL TV-nin efirində qonaq olan zaman deyib. O bildirib ki, qiymətləndirmənin nəticələrinə uyğun olaraq pandemiya zamanı tədris olunan mövzuların nə dərəcədə mənimsəndiyi öyrəniləcək:
“Gələn tədris ili ilə bağlı əlavə nə kimi tədbirlərin görüləcəyi ilə bağlı müzakirələr aparılır və bununla bağlı qərar iyun ayında ictimaiyyətə açıqlanacaq. Təhsilin müdətinin uzadılması gözlənilmir. Ancaq, ola bilsin ki, yay aylarında televiziya vasitəsilə tematik proqramların keçirilməsinə davam edək”.
Daha çox