Koronavirus Bakıda torpaqları bahalaşdırıb

İQTİSADİYYAT
10:37
14 May 2020
104

Koronavirus pandemiyası bütün sahələrdə olduğu kimi Bakıda torpaq bazarına da təsir göstərib.

Sabah.az xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, pandemiya ilə əlaqədar olaraq torpaq bazarında aktivlik olmasa da qiymətlərdə artım müşahidə olunub.

Ekspert bildirib ki, aprel ayı ərzində Bakıda torpaq bazarında qiymətlər 6.18 faiz artıb.

Onun sözlərinə görə, torpaq bazarında bir sotun orta qiyməti 20,097 manatdan 21,338 manata qədər artıb.

N.İbrahimov bildirib ki, qiymət artımının səbəbi pandemiya ilə əlaqədar olaraq torpaq bazarında təklifin azalması ilə bağlıdır:

“Öz torpaqlarını bazara çıxaranlar pandemiya ilə əlaqədar olaraq onu satmağa ehtiyat etdilər və portfeldən çıxardılar. İnsanlar koronavirusdan sonrakı dövrü gözləməyə üstünlük verirlər. Əlbəttə bu da torpaq bazarında təklifi azaldır və müvafiq olaraq qiymətlərin artmasına səbəb olur”.

Xəbər lenti