2 uşaq anası olan gənc qadın özünü asdı

HADİSƏ
01:10
14 May 2020
102

Sabirabadda intihar hadisəsi qeydə alınıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Həşimxanlı kəndində baş verib.

Rayon sakini, 1995-ci il təvəllüdlü Hüseynova Sevinc Aqil qızı atası evində özünü üzüm çardağından asaraq intihar edib.

Qeyd edək ki, S.Hüseynova 2 uşaq anası olub və epilepsiya xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti