Metroda təhlükə - Qadın qatar relsinə düşdü

HADİSƏ
12:41
14 Fevral 2020
83

Bu gün saat 11 radələrində Bakı metrosunun hərəkətində fasilə yaranıb. Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Sabah.az xəbər verir ki, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətin mətbuat katibi Bəxtiyar Məmmədov Lent.az -a gecikmənin səbəbini izah edib:

“Metronun “Memar Əcəmi” stansiyasında qadın qatar relsinə düşüb. Bu səbəbdən qatarların hərəkətində 10 dəqiqəyə yaxın fasilə yaranıb. Qadın relsdən çıxarılaraq polisə təhvil verilib”.

Xəbər lenti