Sabahdan vəkillər istintaq təcridxanalarına arayışsız buraxılacaq

XƏBƏR
22:55
13 May 2020
61

“Son günlər vəkillərin istintaq təcridxanalarına buraxılması ilə bağlı COVİD-19 testi barədə tibbi arayışın tələb olunması problemi apardığımız müzakirə nəticəsində öz müsbət həllini tapıb.

Sabah.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Facebook”da məlumat paylaşıb.

O bildirib ki, Ədliyyə Nazirliyi rəhbərliyinin göstərişinə əsasən sabahdan etibarən vəkillər əvvəlki qaydada əlavə tibbi arayış tələb olunmadan ölkənin bütün istintaq təcridxanarına buraxılacaqlar.

"Bununla belə, tibbi maska və qoruyucu əlcəklərin taxılması, dezinfeksiya vasitələrdən istifadə mütləqdir!"

Xəbər lenti