“Fənərbaxça”da koronavirusa yoluxanların sayı 3-ə çatdı

İDMAN
21:56
13 May 2020
91

Türkiyənin “Fənərbaxça” klubunun daha bir əməkdaşında koronavirus aşkarlanıb.

Sabah.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul təmsilçisinin menecerlərindən birində virusun simptomlarına rast gəlinib.

Adı açıqlanmayan şəxsin karantinə alındığı və müalicəsinə başlanıldığı bildirilib.

Qeyd edək ki, bundan əvvəl klubda daha iki nəfərdə koronavirus tapılmışdı.

Xəbər lenti