Azərbaycanlıların karantin müddəti bitdi
Çindən təxliyə edilərək Türkiyəyə gətirilən 42 nəfərin heç birində koronavirus aşkarlanmayıb.
Sabah.az “Yeni Şafak”a istinadən xəbər verir ki, həmin şəxslərin analiz nəticələri neqativ çıxıb və onlar 14 günlük karantin bitdikdən sonra evə buraxılıblar.
Qeyd edək ki, həmin 42 nəfər arasında Türkiyə, Albaniya, Gürcüstan vətəndaşları ilə yanaşı, 6 azərbaycanlı da var. Onlar fevralın 1-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus ambulans təyyarəsi ilə Vuhan şəhərindən gətirilmişdilər.
Daha çox