“Azərişıq”da onlara yeni vəzifə verildi

ÖLKƏ
19:46
13 May 2020
433

“Azərişıq” ASC-nin bir sıra idarə rəislərinin yerləri dəyişdirilib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, qurumun sədri Vüqar Əhmədovun əmri ilə “Şirvan” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Arif Məmmədov, “Cənub” RETSİ-nin rəisi Mehman Mehdiyev və Qaradağ Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Zülfü Ağayev tutduğu vəzifədən azad edilib.

Z.Ağayev “Şirvan” RETSİ-yə, A.Məmmədov “Cənub” RETSİ-yə M.Mehdiyev isə Qaradağ RETSİ-yə rəis təyin edilib.

"Azərişığ"ın Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu da xəbəri təsdiqləyib.

Xəbər lenti