Ən çox hansı ölkədən gətirilən vətəndaşlarımızda COVİD-19 aşkarlanıb?

GÜNDƏM
19:35
13 May 2020
98

Hazrda koronavirus daha çox Rusiyadan gətirilən vətəndaşlarımızda aşkar edilir.

Sabah.az “Trend”ə istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

H.Hacıyev bildirib ki, əvvəllər Avropa qitəsindən gətirilən vətəndaşlarımızda koronavirus infeksiyası daha çox aşkar edilirdi:

"Son dövrlərdə isə Rusiya Federasiyasından gətirilən vətəndaşlarımızın 18-20 faizində koronavirus infeksiyası aşkar edilir. Bu faiz dərəcəsi artım üzrə gedir. Aprelin sonu, mayın əvvəlində Rusiyadan Azərbaycana gətirilən 540-a yaxın vətəndaşın 10 nəfərində koronavirus infeksiyası müəyyən edilib və onlar xüsusi şəraitdə müalicəyə cəlb olunublar. Bu rəqəmlər müxtəlif vaxtlarda müxtəlif ərazilərə görə dəyişir”.

Xəbər lenti