Azərbaycan və Belarus XİN başçıları arasında telefon danışığı olub

XƏBƏR
19:20
13 May 2020
60

Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Belarusun Xarici İşlər naziri Vladimir Makei arasında telefon danışığı baş tutub.

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, hazırkı qlobal vəziyyətə toxunan nazirlər, COVİD-19 qlobal pandemiya ilə mübarizə çərçivəsində ölkələr tərəfindən həyata keçirilən tədbirlər üzrə fikir mübadiləsi aparıb və bu xüsusda, beynəlxalq həmrəyliyin əhəmiyyətini vurğulayıblar.

Telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini müzakirə edib və iki ölkə arasında mövcud olan siyasi münasibətlərin yüksək səviyyəsini məmnunluqla qeyd ediblər. Pandemiyaya baxmayaraq ticarət və iqtisadi münasibətlərin saxlanılması və daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin nəqliyyat, loqistika və enerji sahələrində birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı fəaliyyət məsələlərinə toxunulub.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində, BMT, MDB, həmçinin Avropa İttifaqı ilə, o cümlədən Şərq Tərəfdaşlığı çərçivəsində münasibətlər daxil olmaqla, həyata keçirilən əməkdaşlıq və birgə addımları müzakirə edib.

Xəbər lenti