İlk hansı ölkəylə sərhədlər açılacaq?
“Azərbaycan sərhədlərinin açılması bilavasitə ölkədəki və regiondakı infeksiyanın durumu ilə bağlıdır”.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.
O bildirib ki, sərhədi açılacaq ilk ölkənin hansı olacağını indidən demək düzgün olmaz: “Amma bu çox güman ki, qonşu ölkələr olacaq”.
L.Abdullayeva əlavə edib ki, xaricdə yaşayan və koronavirusa yoluxmuş vətəndaşlarımız var: “Onlardan ölənləri də olub. Həmin vətəndaşın nəşinin ölkəyə gətirilməsi təmin olunur”.
Daha çox