Azərbaycan ABŞ-a etiraz məktubu göndərəcək
"Təəssüflər olsun ki, bəzi hallarda bir çox ölkələrin həyata keçirdikləri layihələrdə beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin təhrif olunmasına rast gəlirik".
Sabah.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahda bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan hökuməti tərəfindən təhrifə yol verən ölkələrlə əlaqə saxlanılaraq etiraz edilir və təhrif olunan xəritə aradan qaldırılır: "Ölkəmizin ABŞ-dakı səfirliyi tərəfindən aidiyyatı etiraz məktubu göndərilməsi nəzərdə tutulub".
Daha çox