Xaricdən gətirilən vətəndaşlarımızın sayı açıqlandı
“Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirusa qarşı mübarizədə ölkəmiz böyük uğurlar əldə edib”.
Sabah.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, xaricdə olan Azərbaycan vətəndaşları ölkəmizə müəyyən olunmuş qrafik çərçivəsində gətirilirlər: “Mayın 4-dən 17-dək evegedirem portalı vasitəsilə İrandan 95, İstanbuldan 212, Daşkəndən 50, Riqadan 52, Minskdən 124 nəfər gətirilib.
Moskvadan mayın 12-də tələbələr gətirilib. Kiyevdən 198 nəfərin gətirilməsi nəzərdə tutulur”.
O bildirib ki, 18-31 may tarixlərində İran, MDB, Avropa qitəsindən Azərbaycan vətəndaşlarının gətirilməsi planlaşdırılır.
Daha çox