Azərbaycan pandemiya dövründə bu ölkələrə yardım edib
Azərbaycanın pandemiya dövründə humanitar yardım göndərdiyi ölkələrin sayı açıqlanıb.
Sabah.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev məlumat verib:
“Azərbaycan tərəfindən Çinə, İrana, İtaliyaya, Macarıstana, Özbəkistana, Bosniya və Herseqovinaya, Xorvatiyaya, Qırğızıstana, Pakistana, Moldovaya humanitar yardımlar edilib. Serbiya və Fələstindən Azərbaycana müraciət daxil olub. BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinə yardım vəsaiti veriləcək”.
Daha çox