Azərbaycanla qonşu ölkələrdə koronavirusla bağlı son statistika

XƏBƏR
14:33
13 May 2020
122

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı daha 10 min 028 nəfər artıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat verib.

Son 24 saatda pandemiyadan ölənlərin sayı daha 96 nəfər artıb.

Qeyd edək ki, Rusiyada pandemiyaya yoluxanların ümumi sayı 242 min 271 nəfər, virusdan sağalanların sayı 48 min 003 nəfər, ölənlərin sayı isə 2 212 nəfərdir.

İranda son sutka ərzində yeni növ koronovirusdan daha 50 nəfər vəfat edib.

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İranda koronavirusdan ölənlərin sayı 6 783 nəfərə çatıb. Son sutka ərzində koronavirusa 1 958 yoluxma faktı qeydə alınıb. 

Qeyd edək ki, indiyədək ölkədə COVID-19-a yoluxanların sayı 112 min 725 nəfər, sağalanların sayı 89 min 428 nəfərdir.

Gürcüstanda koronavirusa yoluxanların sayı 647 nəfərə çatıb.

Bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla əlaqədar yaratdığı stopcov.ge saytında yer alıb.

Ümumilikdə ölkədə virusa yoluxan 372 nəfər sağalıb, ölənlərin sayı isə 11 nəfərdir.

Qeyd edək ki, hazırda karantində olanların sayı 4 702 nəfər, stasionar nəzarətdə olanların sayı 459 nəfərdir.

Ermənistanda koronavirusa yoluxanların sayı 3 718 nəfərə çatıb.

Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan məlumat verib.

Məlumata görə, ölkədə son sutka ərzində daha 180 nəfərdə pandemiyaya yoluxma faktı aşkarlanıb. Həmçinin bir nəfərin ölümü qeydə alınıb.

Qeyd edək ki, indiyədək Ermənistanda koronovirusdan ölənlərin sayı 48 nəfərdir.

Xəbər lenti