İntihar etmək istəyən gənc belə xilas edildi - Video
Qazax rayonunda intihar etmək istəyən şəxs xilas edilib.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, mayın 12-də saat 23 radələrində 22 yaşlı Ağstafa rayon Dağkəsəmən kənd sakini Adil Allahverdiyev Ağstafa çayının Qazax rayon ərazisindən keçən hissəsinin üzərində olan körpüdən özünü ataraq intihar etmək istəyib.
Dərhal hadisə yerinə Qazax RPŞ-nin əməkdaşları gələrək onunla profilaktik söhbətlər aparıb.
Buna baxmayaraq A. Allahverdiyev özünü atmaq istəsə də, polis əməkdaşları gəncin həyatını xilas ediblər.
Daha çox