“Tam yoxlama olsa, məlum 4 bank kimi bankların sayı çox olar”

İQTİSADİYYAT
12:49
13 May 2020
71

“Azərbaycan Mərkəzi Bankı (AMB) hələ ki, bank sektorunda tam yoxlama aparmayıb”.

Sabah.az “Report”a istinadən xəbər verir ki, bunu AMB sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib.

“Sektorda yalnız ilkin yoxlama aparılıb. Tam yoxlama olsa yəqin ki, məlum 4 bank (“AGBank”, “Amrah Bank”, “Atabank” və “NBC Bank”) kimi bankların sayı çox olar. Onu da deyim ki, hazırda bankların saytlarında olan hesabatlara müəyyən qədər inanmaq olar”, - o deyib.

Xəbər lenti