Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti koronavirusdan öldü

İDMAN
10:40
13 May 2020
152

Azərbaycan Güləş Federasiyasının (AGF) sərbəst güləş üzrə sabiq vitse-prezidenti və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi Maqomed Əliömərov koronavirus səbəbindən dünyasını dəyişib.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyinə açıqlamasında Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili bildirib.

M.Əliömərov 67 yaşında vəfat edib.

Qeyd edək ki, M.Əliömərov 2011-2015-ci illərdə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi olub. 2015-2018-ci illərdə isə AGF-in vitse-prezidenti vəzifəsini icra edib.

Xəbər lenti