Dünən neçə nəfər cərimələnib?
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ötən gün xüsusi karantin rejimini pozan şəxslərin sayını açıqlayıb.
Sabah.az DYP-yə istinadən xəbər verir ki, ölkədə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə mayın 12-i saat 00:00-dan mayın 13-u saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 341 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Daha çox