Agentlikdən ödənişli yolla bağlı açıqlama
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yeni magistralın tikintisi yekunlaşan hissələri üzrə hazırda ödəniş məntəqələrinin qurulması istiqamətində addımlar atılır. Hər bir hərəkət istiqaməti üzrə 4 nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərəcək.
Sabah.az xəbər verir ki, bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, yeni magistral avtomobil yolundan istifadə üçün ödəniş hər km-ə görə yük və minik avtomobilləri üçün fərqli məbləğdə olması nəzərdə tutulub:
“Hazırda ödəniş məbləğinin müəyyən edilməsi istiqamətində aidiyyəti qurumlarla məsləhətləşmələr aparılır. Bununla yanaşı, yoldan istifadəyə görə ödənişin məbləği bu ayın sonunadək müəyyənləşəcək”.
Qeyd edək ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, artıq ödənişli avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik, həmçinin Şabran rayonunun Qəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi (Rusiya sərhədi) arasında yerləşən 58 km-lik hissələrində tikinti işləri bitmək üzrədir.
Daha çox