Bu ölkədə olan vətəndaşlarımız vətənə gətirilir - Video
Belarusiyanın paytaxtı Minskdə olan 22 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilir.
Sabah.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
“Koronavirus pandemiyası səbəbindən ölkəyə qayıda bilməyən onlarla azərbaycanlı müxtəlif ölkələrdən Belarusiyaya toplaşmışdı və orada qaldıqları müddətdə Azərbaycan dövlətinin diqqət və qayğısını hiss etmişdi. Minskdə olan vətəndaşlarımız artıq vətənə gətirilir. Onlar videomüraciət edərək göstərilən qayğıya və vətənə qayıtmalarının təşkilinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar”, - deyə komitədən bildirilib.
Daha çox