Eldar Əzizov yeni mətbuat katibi təyin etdi

ÖLKƏ
09:51
14 Fevral 2020
54

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat olub.

Sabah.az Trend-ə istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müvafiq əmri ilə qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsinə Mətin Adil oğlu Hüseynov təyin olunub.

Daha əvvəl bu vəzifədə çalışan İsrafil Kərimov başqa vəzifəyə təyinat alıb. Belə ki, o, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini təyin edilib.

Xəbər lenti