Azərbaycan daha 4737 nəfər COVİD-19 testindən keçdi

GÜNDƏM
22:06
12 May 2020
69

Bu gün Azərbaycanda koronavirusla bağlı daha 4 737 test edilib.

Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mayın 12-nə açıqladığı statistik göstəricidə qeyd olunub.

Qeyd olunub ki, indiyədək ölkədə 202 282 test edilib. İndiyə kimi ölkədə 2 693 nəfərdə koronavirus aşkarlanıb, həmin xəstələrdən 33 nəfəri dünyasını dəyişib, 1 735 şəxs sağalıb.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 104 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib, 55 xəstə sağalıb.