FİFA dünya çempionatını təxirə saldı

İDMAN
21:30
12 May 2020
78

FİFA futzal üzrə dünya çempionatını təxirə salıb.

Sabah.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytından məlumat yayılıb.

Bildirilib ki, bu il keçirilməsi planlaşdırılan yarış koronavirus pandemiyasına görə 2021-ci ildə təşkil ediləcək və 12 sentyabr - 3 oktyabr tarixlərini əhatə edəcək. Mundial əvvəlcədən nəzərdə tutulduğu kimi Litvada olacaq.

FİFA həmçinin, qadınlar arasında U-20 dünya çempionatının 20 yanvar - 6 fevral 2021-ci il Kosta Rika və Panamada təşkil olunacağını da açıqlayıb.

Xəbər lenti