“Fənərbaxça”da daha bir nəfərdə koronavirus aşkarlandı
Türkiyənin "Fənərbaxça" klubunun daha bir əməkdaşı koronavirusa yoluxub.
Sabah.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisini rəsmi saytı məlumat yayıb.
Ötən gün klubun işçilərindən və futbolçulardan test götürülb. Bu gün isə təlim-məşq bazasında çalışanlardan birində virus aşkarlandığı açıqlanıb. Adı çəkilməyən klub əməkdaşı öz evində karantinə alınıb və müalicəsinə başlanılıb.
Qeyd edək ki, bundan əvvəl İstanbul klubunun daha bir işçisində koronavirus tapılmışdı.
Daha çox