“İki oyunumuzun Bakıda olması üstünlükdür" – Şenol Güneş

İDMAN
18:32
13 Fevral 2020
127

“Təlim-məşq toplanışı keçəcəyimiz yeri müəyyənləşdirmişik. Oyun proqramı da hazırlamışıq. Martda Sloveniya və Avstriya ilə yoldaşlıq matçları keçirəcəyik. Ardınca Azərbaycan, Şimali İrlandiya,  Xorvatiya və İrlandiya ilə oyunlarımız olacaq”.

Sabah.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş  "Haber Global" telekanalında qatıldığı verilişdə deyib.

Avro-2020-yə hazırlıq barədə danışan təcrübəli mütəxəssis  Bakıdakı matçlarda özlərini ev sahibi kimi hiss edəcəklərini bildirib: “İtaliya ilə açılış oyununundan sonra Bakıya gedəcəyik və orada iki görüş keçirəcəyik. Bakıda özümüzü ev sahibi kimi görürük. Turniri Türkiyəyə verməsələr də, iki oyunumuzun Bakıda olması bizim üçün üstünlükdür".

Ş.Güneş bəzi zədəli futbolçuların artıq sıraya dönmək üzrə olduğunu da qeyd edib: "Merih Demiral bizə xeyir verən futbolçudur. Turnirə qatılmasını istəyirəm. Amma ona qədər sıraya dönüb-dönməyəcəyini bilmirəm. Yusuf Yazıcı yaxşılaşır. Abdulkadir Ömür iki həftəyə qayıdacaq. Dorukan Toköz də zədəsini sağaltmaq üzrədir".

Xatırladaq ki, Türkiyə millisi Bakıda iyunun 17-si Uels, iyunun 21-də isə İsveçrə ilə qarşılaşacaq.

Xəbər lenti