Anasını və evdə işləyən ustanı bıçaqladı

HADİSƏ
11:18
12 May 2020
289

Bakıda kişi anasını və evdə işləyən ustanı bıçaqlayıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, ev 34-də qeydə alınıb.

Şəhər sakini Elnur Quliyev yaşadığı mənzildə usta işləyən Kamil Sədrəddinbəyovu bıçaqlayıb. Hadisədən bir neçə saat sonra o, özünü öldürməyə cəhd edərkən anası Minəxanım Quliyeva ona mane olmağa çalışıb.

Bu zaman E.Quliyev anasını da bıçaqlayıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. Hadisəni törətməkdə şübhəli bilinən E. Quliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti