Şirvanda qətl hadisəsi - Ruhi xəstə atasını balta ilə öldürdü

HADİSƏ
10:25
12 May 2020
256

Şirvan şəhəri, M.Araz küçəsi ev 22-də yerləşən fərdi yaşayış evində gecə saat 03 radələrində ölüm hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, şizofreniya xəstəsi olan 1977-ci il təvəllüdlü Əkbərova Mirsəkinə Nadir qızı atası - 1933-cü il təvəllüdlü Əkbərov Nadir İbadulla oğlunu baş nahiyəsindən balta ilə vuraraq qətlə yetirib.

Meyit Şirvan Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə yerləşdirilib.

Qeyd edilir ki, adıçəkilən ünvanda ruhi xəstə olan bacı və qardaş yaşayırlar.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları və kriminalistlər tərəfindən qətlin törədildiyi yer müayinə edilir, istintaq hərəkətləri həyata keçirilir.

Faktla bağlı Şirvan Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər lenti