Kürdəmirdə hamilə qadını qaynı güllələyibmiş
Kürdəmirdə hamilə qadını qaynı güllələyib.
Sabah.az xəbər verir ki, mayın 11-i axşam saatlarında K.Mövlayeva sinəsinin sol nahiyəsindən güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
İlkin araşdırma zamanı məlum olub ki, 31 yaşlı Ramo Mövlayev qardaşı Ramilin arvadı Könülü qısqanclıq zəminində öldürmək istəyib. Bu məqsədlə evin həyətində kustar üsulla hazırlanmış qoşalüləli tüfəngdən atəş açaraq K.Mövlayevanı güllələyib.
Faktla bağlı cinayət işi başlanılıb, R.Mövlayev şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, 20 yaşlı Könül Mövlayeva 2 aylıq hamilə olub.
Daha çox