Bakı metrosunda problem yarandı - Saat 8-dən açıldı

GÜNDƏM
09:15
12 May 2020
112

Bu gün səhər saatlarında Bakı metrosunda problem yaranıb və buna görə bir müddət sərnişinlər stansiyalara buraxılmayıb.

Sabah.az xəbər verir ki, Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metroda gecə işlərini başa vurduqdan sonra xətti tərk edən sonuncu təsərrüfat qatarında texniki nasazlıq yaranıb:

“Nasazlıq aradan qaldırıldıqdan sonra Bakı metropoliteninin xətləri təlimat tələblərinə uyğun olaraq, təkrarən yoxlanılıb, elektrik qatarları xəttə buraxılıb və stansiyalar 08:00-dan sərnişinlərin girişinə açılıb”.

Xəbər lenti