Nazir və müavini də yanğın yerinə gəldi
Xəbər verildiyi kimi, 11 may 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.
Sabah.az FHN-ə istinadən xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Nazir müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
APA-nın məlumatına görə, Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Binəqədi rayonunda yanğının baş verdiyi əraziyə gəlib. Nazir yanğının söndürülməsi üçün görülən işlərlə tanış olub, lazımi tapşırıqlar verib.
Daha çox